Böyük Britaniyanın mərhum şahzadəsi Diananın paltarları ABŞ-də hərraca çıxarılacaq.
Ölümündən 27 il keçən şəhzadənin geyimləri üçün təşkil olunan bu mərasim 1997-ci ildən bəri baş tutan ən böyük hərrac olacaq.
Hərrac iyunun 27-də ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək. Belə ki, burada şahzadə Diana ilə yanaşı digər kral ailəsi üzvlərinə məxsus 150-dən çox əşya satışa çıxarılacaq.
Satılacaq ən diqqətçəkən əşyalardan biri də Şahzadə Diananın 1986-cı ildə “Phantom of the Opera” müziklinin qalasına geyindiyi paltardır. Onun 200 min ilə 400 min dollar arasında qiymətə satılacağı gözlənilir.
Məlumata görə, bu, Diananın 1997-ci ildəki öz hərracından sonra ən böyüyü kimi tarixə düşəcək.
Daha əvvəl görünməyən ayaqqabı, çanta və papaq kimi əşyalar da tarixi hərracın bir hissəsi olacaq.