Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə doqquz dövlət əhəmiyyətli sənəd imzalanıb
Bu gün Azərbaycan-Belarus münasibətləri sürətlə inkişaf edir. Respublikalar bir-biri ilə ciddi maraqlanırlar. Hər iki dövlət müstəqillik əldə etdikdən sonra diplomatik əlaqələr qurulmuşdur. Bu vəziyyət Belarus-Azərbaycan münasibətlərinə təkan vermişdir. Belarusla Azərbaycanın qarşılıqlı əlaqəsi zaman-zaman daha da möhkəmlənmişdir. Əməkdaşlığın real vəziyyətini, onun inkişaf perspektivlərini və Belarus və Azərbaycanın bir-biri ilə münasibətləri inkişaf etdirərkən hər hansı problem qarşıya çıxmamışdır. Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü il mayın 16-17-də Azərbaycana dövlət səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində Azərbaycan və Belarus prezidentlərinin ikitərəfli görüşü, eləcə də hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüşü baş tutub ki, bu da iki müstəqil dövlət arasında münasibətlərdə yeni dövrün başlanğıcını göstərir. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə doqquz dövlət əhəmiyyətli sənəd imzalanıb. Bu, həm də dost Belarus və Azərbaycan xalqları arasında hərtərəfli əlaqələrin dərinləşməsinə şərait yaradacaq. Bu imzalanan sənədlər, həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində həyata keçiriləcək gələcək işlərin əsası kimi də qiymətləndirilə bilər
Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bu haqda da danışıb: “İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır…Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”. Belarusun Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında yenidənqurmaya kömək etmək potensialı da var. Yeri gəlmişkən, Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi inşa etməyi planlaşdırır. Həmçinin Belarus mühəndislik, nəqliyyat infrastrukturunun, eləcə də sosial obyektlərin yaradılması ilə də məşğul olmağı planlaşdırır.
Belarus-Azərbaycan əməkdaşlığının müxtəlif sahələrinin əhəmiyyəti müəyyən edilmişdir. Həmçinin Belarus və Azərbaycan hakimiyyətinin qarşısında duran konkret vəzifələr icra edilmişdir. Enerji, hərbi, iqtisadi, siyasi və digər sahələrdə ikitərəfli əməkdaşlığın konkret sahələrinin öyrənilməsi onların hər birinin əhəmiyyətini ayrıca anlamağa imkan verir. İki ölkə arasında səmərəli əməkdaşlıq təkcə qarşılıqlı ticarətlə məhdudlaşmır. Sevindirici haldır ki, son illər ölkələrimiz arasında səhiyyə, elm, təhsil, idman və turizm sahələrində qarşılıqlı əlaqələr xeyli intensivləşib. Belarus tərəfi təhsilə və təbabətə göstərilən etimada görə Azərbaycana minnətdardır. Bu gün Belarus təhsil almaq, müalicə almaq və ya sadəcə səyahət etmək istəyən daha çox Azərbaycan vətəndaşını qəbul etməyə hazırdır.
Nəticə baxımından belə bir qənaətə gəlmək olar ki, Azərbaycanla Belarusun əməkdaşlığında maraqlar tam üst-üstə düşür. Beləliklə, Belarus Azərbaycana lisenziyalı mülki texnikanın yığılmasına kömək etmişdir, o cümlədən respublikanın malik olduğu ən müasir hərbi texnikanı tədarük etmişdir. Belarusun Azərbaycana marağı, ilk növbədə, bir-biri ilə ciddi şəkildə bağlı olan əməkdaşlığın enerji və ideoloji komponentləri ilə müəyyən edilir. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyevlə bağlı qürurlandırıcı fikirlər söyləmişdir: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”.
Minsk Azərbaycanın enerji resurslarına maraqlıdır. Bundan əlavə, Belarus qonşu dövlətlər olan borcunu ödəmək üçün vaxtilə Azərbaycandan kredit almışdır. Bu, Belarus Prezidentinə Azərbaycanla münasibətləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daha yaxın müttəfiqlərindən daha yüksək tutmağa əsas verdi. Belarus Prezidenti çətin anlarda Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyini dəfələrlə açıq şəkildə qeyd etmişdir. Hətta Belarus ictimaiyyəti Azərbaycan haqqında danışanda bunu xatırlayır. Bütün bunlar Azərbaycanın etibarlı tərəfdaş olmasının, dostlarına qarşı sadiqliyinin göstəricisidir.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu