Şimali Kiprin parlament sədri Azərbaycana GƏLİR

Şimali Kipr Türk Respublikasının parlamentinin sədri Zorlu Töre Azərbaycana səfər edəcək.

Parlament sədrinin səfəri iyunun 5-6-nı əhatə edəcək.

Zorlu Törenin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək Türk Dövlətləri Parlament Assambleyasının (TÜRK PA) iclasında iştirak edəcək. Daha sonra parlament səviyyəsində görüşlərin keçiriləcəyi planlaşdırılır.