Əcnəbilərin Rusiya Federasiyasında qalmasına nəzarət gücləndirilir.
Bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev bildirib.
Onun sözlərinə görə, Rusiya DİN miqrasiya islahatı hazırlayır. “Xarici vətəndaşların Rusiya Federasiyasında qalmasına nəzarəti gücləndirəcək. Miqrasiya islahatı apararkən ksenofobiyanın artmasına yol vermək olmaz.
Nazir Rusiyada əcnəbilər tərəfindən törədilən cinayətlərin ümumi cinayətlərin 4%-ni təşkil etdiyini söyləyib.