Gürcüstan DİN etirazçılara xəbərdarlıq etdi

Parlament binası yaxınlığında keçirilən aksiya qanuni çərçivədən kənara çıxıb və polis ictimai asayişin qorunması üçün bütün tədbirləri və xüsusi vasitələri görəcək.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, etirazçılar parlamentin ərazisindəki təhlükəsizlik baryerlərini zədələyiblər:

“Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dəfələrlə çağırışlarına baxmayaraq, etirazçılar polisin qanuni tələblərinə tabe olmurlar”.

Qeyd edək ki, Gürcüstan DİN ictimai asayişin bərpası üçün artıq xüsusi vasitələrdən istifadə etdiyini bəyan edib və vəziyyətin gərginləşəcəyi təqdirdə bundan yenidən istifadə edəcəyinə söz verib.



Mənbə