“Report” xəbər verir ki, bu barədə hərbi birləşmənin mətbuat xidməti bildirib.
“Rusiya hava gəmilərinin düşüşü davam edir. 110-cu briqadanın zenitçilərinin növbəti əla işi. Bu gün növbəti Su-25 vurulub”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, mayın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski eyni briqadanın Donetsk vilayətində Rusiyanın başqa bir Su-25 qırıcısını zərərsizləşdirdiyini açıqlamışdı.