Gənc Vətənpərvərlər İctimai Birliyi Vətənin müdafiəsinə hər an hazır ol

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
9 may 2024-cü il tarixində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş “ Heydər Əliyev İrsini öyrənirik” adlı tədbir keçirilib.Yubiley tədbirində cıxış edən Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri,İctimai xadim Muğan Əliyev cıxış edərək 9 may qələbə günü münasibətilə təbrik etdikdən sonra o,qeyd etdi ki,Dövlət gənclər siyasətindən,İdman siyasətindən tədbir iştirakcıların nəzərinə çatdırdı. Sonra o,qeyd etdiki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq”,”Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrlərini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı. 2020-ci ildə ata vəsiyyətini həyata keçirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 gündə Qarabağı düşmən tapdağından azad etməsinin ulu öndərin təməlini qoyduğu strategiyanın təntənəsi adlandırdı.
Daha sonra tədbirdə çıxış edən birliyin İdarə Heyəti və fəal üzvləri dünya şöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə çıxış ediblər.
GVİB mətubat şöbəsi