“Azərelektrikşəbəkətikinti” daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU – HESABAT

“Azərelektrikşəbəkətikinti” ASC-nin 2023-cü il üzrə maliyyə hesabatı açıqlanıb.

FED.az xəbər verir ki, cəmiyyət ötən ili 271 min manata yaxın zərərlə başa vurub.

Zərər son bir ildə 1 milyon 188 min manat və ya 5,4 dəfə azalıb.

Şirkət ötən il mənfəət vergisi ödəməyib.

“Azərelektrikşəbəkətikinti” ASC-nin əsas əməliyyat gəlirləri 3,6 min manat və ya 3,1% azalaraq 112,5 min manata düşüb.

Sair əməliyyat xərcləri 2023–cü il də olmayıb. Lakin 2022–ci ildə 853,9 min manata bərabər olub.

Hesabat dövründə şirkətin inzibati xərcləri 383,4 min manat təşkil edib ki, bu da illik müqayisədə 337,5 min manat və ya 46,8% azdır.



Mənbə