Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib.
Xəbərdarlıq bütün ölkə ərazisində iki saatdan çox müddədə qüvvədə olub.
Lakin xəbərdarlıq Ukraynanın şərqindəki Xarkov vilayətində 7 saatdan çox, Dnepropetrovsk vilayətində 6,5 saat, Nikolayev vilayətində 5 saatdan çox, Kiyevdə isə 3 saatdan çox qüvvədə olub.
Partlayışlar Kiyevdə, Poltava rayonunun inzibati mərkəzi Kremençuqda, İvano-Frankivsk və Lvov vilayətlərində, həmçinin Zaporojye şəhərində qeydə alınıb.