Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.
Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
“İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Ali Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirir. Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçiriləcək, həmçinin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək”, – Kreml nümayəndəsi bildirib.
O qeyd edib ki, bu ikitərəfli təmas çox məzmunlu olacaq, müzakirə olunacaq çoxlu məsələlər olacaq.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.