Dinozavrların skiletləri, qalıqları tapılandan bəri elm aləminin ən maraqlı mövzularından birinə çevrildilər. Təkamül nəzəriyyəsinin inkişafında da dinozarvları öyrənmək mühüm rol oynadı.
19-cu əsrdə ABŞ alimi Othniel Charles Marsh belə bir nəzəriyyə irəli sürdü ki, dinozarların iki beyni olub. Normal, yəni baş hissədə yerləşən kiçik beyn böyük heyvanlar üçün problem yaradırdı. Təkamül nəticəsində dinozarların arxa hissəsində beyin funksiyasını yerinə yetirən və əsas beynə siqnallar ötürən köməkçi orqanın formalaşdığı iddia edilir. Marsh yazırdı ki, çox böyük ölçülərə malik olmasına baxmayaraq dinozarların baş hissədə yerləşən beyni çox kiçik idi, bədəni idarə etmək üçün yetərli deyildi. Başda yerləşən beyin daha çox yemək axtarmaq və qarşıdan gələn təhlükələri görüb-dərk edib ona görə hərəkət etmək üçün lazım idi. Amma bədən çox böyük olduğundan arxadan gələn təhlükələri alqılamaq üçün başda yerləşən beyin yetərli deyildi. Arxadan yaxınlaşan yırtıcı quyruğunu dişləyib yeməyə başlayanda təhlükə siqnalı başda yerləşən beynə çox gec çatırdı, obrazlı desək, beyin ayılıb reaksiya verənə qədər yırtıcı dinozarı arxadan yeməyə başlayırdı. Təkamüllə arxa hissədə beyn funksiyaları yerinə yetirən ikinci reaksiya orqanı formalaşdı, əsas beyin qarşıdan gələn təhlükələrə tez reaksiya verirdi, bədəni qarşıdan qoruyurdu, arxa hissədə formalaş orqan isə bədəni arxadan qoruyur, tez siqnallar alır və orqanlara ötürürdü – beləliklə də dinozarvlar özlərini qorumağı daha yaxşı bacarırdılar.
Azərbaycanda dövlət-hökumət aparatı çox böyükdür, ölkədə muzdla (rəsmi müqavilə ilə) çalışanların yarıdan çoxu büdcə işçiləridir, onlarla nazirıik, komitə, baş idarələr var. Bu orqanlar əlavə dəyər yaratmayan, ancaq büdcəyə yük olan təşkilatlardır. Amma, insafən, Dövlət orqanları qarşıdan gələn təhlükələrə tez və dəqiq reaksiya verir, yəni, qabaqlarına çıxan maneələri aşmağı öyrəniblər, qarşıda aydın görünən təhdidlərə qarşı effektiv fəaliyyət göstərə bilərlər. Sadəcə dərd budur ki, böyümüş “bədən” arxada olan təhlükələrə artıq reaksiya verə bilmir, arxada iqtisadi-sosial problemlər dağ kimi böyüyür, ancaq önünə baxmağı öyrənən “beyin” (idarəetmə sistemi) isə artıq instiklərini itirir, arxada olan problemləri görmür, o problemlər isə arxadan Dövləti, obrazlı desək, “yeməyə” başlayır. Məntiqlə, belə bir vəziyyətdə arxada olan problemlərə reaksiya verə biləcək Dövlətin ikinci “beyni” müxalifət institutu olmalı, öndə olan beynə doğru siqnallar ötürməli, ən vacibi isə, öndəki “beyin” arxadan gələn siqnallara adekvat reaksiya verib tədbirlər görməlidir. Arxada olan problemlərlə bağlı siqnalları öndəki “beyin” ciddiyə almayıb, hətta siqnal ötürənlərə qarşı aqressiv olanda, “bədən” getdikcə “yeyilməyə” məhkum olur, yəni, problemlər dərinləşir.
Hə, o da var ki, arxadan gələn problemlərlə bağlı “beyin” funksiyasını yerinə yetirməli olan müxalifət də doğru siqnallar ötürməyi bacarmalı, Dövlətin vahid “bədən” olduğunu anlamalıdır. “Bədənə nə qədər pisdirsə, bu yaxşıdır”, prinsipi ilə davranmağa çalışan “ikinci beyin” anlamalıdır ki, “bədən” ümumidir, tək başda yerləşən “beyinin” bədəni (vətəni) deyil.
Amma hər şey başdan, öndə yerləşən “beyindən” asılıdır, əgər hamımızın “bədəni” olan vətənın gələcəyini düşünürüksə, iki “beyin” qarşılıqlı şəkildə yaşmağı öyrənməlidir, bir-birinə düşmən deyil də, “bədəni” (vətəni) yaşatmaq üçün orqanlar olduğunu anlamalıdır.
Bu il belə bir fürsət yaranacaq – Parlament seçkiləri ön və arxa “beynin” sinxron işləməsi üçün fürsət yaradacaq, əgər ön “beyin” doğru və ədalətli qərarlara hazır olsa, vətənimizin önü də, arxası da təhlükəsiz və rifah içində yaşamaq üçün gözəl bir məmləkətə çevriləcək, yox əgər ön “beyin” arxasına baxmağı öyrənməsə, arxadan gələn təhlükələri reaksiya verməyi bacarmasa, “bədəndə” (vətəndə) problemlər də çoxalacaq…
Natig Cəfərli
TEREF

Baxış: 701