ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirib.
TEREF xəbər verir ki, yeni sanksiyalar çərçivəsində “Pobeda” aviaşirkətinə qarşı sanksiyalar tətbiq edilib.

İkinci dərəcəli sanksiyalar üçüncü ölkələrin, o cümlədən Azərbaycan vətəndaşlarına da şamil edilib.

Sanksiya siyahısına Rusiya Federasiyası ilə əlaqəli 29 fiziki və 250 hüquqi şəxs, həmçinin 16 gəmi daxildir. Yeni sanksiyalara Çin və Türkiyədən şirkətlər də daxildir.