Məhkəmə praktikadasında AR Əmək Məcəlləsinin 300-cü maddəsinə əksər hallarda tam riayət olunmur və…

İşçinin iddiası təmin olunarkən və bu barədə məhkəmə qərarları və ya qətnamələri qəbul edilərkən: qanuni və əsaslı olaraq işçinin işə bərpa olunması barədə qərar qəbul edilsədə, çox təəssüf ki, əksər hallarda məhkəmələr işçilərin: hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi və maddi ziyan, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi xərclər, banklardan götürdüyü kredit, müalicə xərcləri və sair xərclər nəzərə almır və bu barədə qərar qəbul etmir.
Çox təəssüf ki,məhkəmə praktikadasında AR Əmək Məcəlləsinin 300-cü maddəsinə əksər hallarda tam riayət olunmur və ya çox az hallarda riayət olunur, kifayət qədər əsaslar olmasına rəğmənbelə maddi hüquq norması tam təmin olunmur, bu barədə ədalətli qərar qəbul edilmir məhkəmə qaydasında.Belə ki,
AR-sı Əmək Məcəlləsinin bu maddəsinə əsasən: əgər işəgötürən Əmək müqaviləsini – Əmək Məcəlləsində nəzərdə tutulmuş əsasları pozmaqla əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə -iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqını ödənilməklə bu işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə, qətnamədə isə işçiyə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini nəzərdə tuta bilər.
Azər Quliyev,
TEREF