Həmzə Yusif istefa verdi

Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Həmzə Yusif istefa verib. 

Bu barədə onun özü məlumat yayıb.

O, əvəzedici seçilənə qədər ölkənin ilk naziri vəzifəsini davam etdirəcəyini bildirib.

İstefa Şotlandiyada kəskin siyasi böhran fonunda baş verir. Qeyd edək ki, Birinci Nazir keçən həftə Şotlandiya Yaşıllar Partiyası ilə koalisiyasını pozub.