Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
“Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti, üçü Kursk vilayəti, ikisi Belqorod vilayəti, üçü isə Kaluqa vilayəti ərazisi üzərində”, – MN bildirib.
Xatırladaq ki, ötən gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın ən yeni “Podlyot” radiolokasiya stansiyasına zərbə endirildiyinin görüntülərini dərc etmişdi.