Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken gələn həftə Yaxın Şərqə səfər edəcək.
Bu barədə “Associated Press“(AP) məlumat yayıb.
ABŞ Dövlət Departamentinin şənbə günü verdiyi bəyanatda Blinkenin İsrailə səfər etmək niyyəti göstərilməyib. Bununla belə, “AP” yazır ki, İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi belə bir səfərlə bağlı planlardan danışıb.
İsrail rəsmisinin sözlərinə görə, Blinken çərşənbə axşamı İsrailə səfər edəcək , ABŞ dövlət katibinin konkret hansı şəhərə gedəcəyi dəqiqləşdirilməyib.
Dövlət Departamenti bildirib ki, Blinken Yaxın Şərqdə missiyası çərçivəsində bazar ertəsi Səudiyyə Ərəbistanına səfər edəcək.
Blinken Dünya İqtisadi Forumu konfransında iştirak edəcək və Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb xarici işlər nazirləri ilə görüşəcək.