Belçika Ukraynaya 2-4 ədəd F-16 qırıcısı tədarük edə bilər.
Bu barədə “7sur7” internet poratlı məlumat yayıb.
“Lakin Baş nazir və müdafiə naziri yaxın gələcəkdə Ukraynaya tədarük edilə biləcək Belçika qırıcılarının sayını dəqiqləşdirməyiblər”, – məlumatda qeyd edilib.
Ötən gün Belçikanın müdafiə naziri Lyudivin Dedonder bildirmişdi ki, ölkəsi 2024-cü ilin sonuna qədər döyüş təyyarələrini Kiyevə tədarük etmək niyyətindədir. Onun sözlərinə görə, tədarük tarixləri ehtiyat hissələrinin, eləcə də ABŞ-dən sifariş edilən yeni təyyarələrin ölkəyə çatdırılmasından asılı olacaq.