Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Hamısıahın adamı olur”
Azərbaycan Qol Güləşi Federasiyası (AQGF) 20-21 aprel 2024-cü il tarixlərində Qol güləşi üzrə növbəti, 15-ci ölkə çempionatını keçirib. Tədbirdə Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri, AQGF prezidenti Cəsarət Əhmədov çıxış edib. Ölkə çempionatında respublikanın bütün şəhər, rayon və bölgələrini təmsil edən 250-yə yaxın qol güləşçisi öz güclərini sınayıblar. İki gün davam edən gərgin mübarizə nəticəsində qaliblər müəyyən edilib. Federasiya prezidenti tərəfindən qaliblərə diplom və medallar təqdm olunub. Həmçinin Cəsarət Əhmədov 1-ci yeri tutan idmançıları hər qola görə 100 manat məbləğində pul mükafatı, 2-ci və 3-cü yerlərə çıxan idmançıları isə Almaniyanın “İronmaxx” idman qida əlavələri ilə mükafatlandırıb.
Sizlərə sayıtımız vasitəsi ilə AQGF-nin ölkə çempionatından çəkilən video çarxını təqdim edirik.
XeberTıme.az