Ermənistan parlamentinin sədri Alen Simonyanın anti-Rusiya çıxışı ilə əlaqədar rəsmi Moskvadan İrəvana məktub daxil olub.
Bunu Alen Simonyanın mətbuat katibi Nelli Qulyan bildirib.
Bildirilib ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko qubernatorlara, senatorlara Alen Simonyanın anti-Rusiya bəyanatları ilə bağlı Ermənistan parlamentinə sorğu hazırlayıb göndərməyi tapşırmışdı.
Şura sədri demişdi: “Biz bu cür rusofob, anti-Rusiya çıxışlarına məhəl qoymayacağıq. Sadəcə olaraq, həmkarımız üçün ayıbdır. O artıq bütün “qırmızı xətləri” keçib”.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) ölkələrinin parlament sədrlərinin konfransında çıxışı zamanı Alen Simonyan xüsusilə qeyd etmişdi ki, tədbirin əsas mövzusu Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərq münaqişəsi olduğu üçün Ermənistan Ukraynanın, eləcə də Moldova, Gürcüstan, Kipr və bütün ölkələrin ərazi bütövlüyünü