“Xalq Bank” vasitəsilə xaricə göndərilən vəsait yoxa çıxıb. Bank isə məsələnin araşdırılması üçün müştəridən əlavə pul tələb edir.
Tribunainfo.az xəbər verir ki, bu barədə Toğrul Axundov yazıb.Şikayətçi bildirib ki, 2 həftəyə yaxındır göndərilən puldan xəbər yoxdur:
“Buradan “Xalq bank” vasitəsilə bir nəfər Almaniyaya euro göndərib. Artıq 2 həftəyə yaxındır. Qarşı tərəfə pul gedib çatmayıb. Verilən bank ünvanı qarşı tərəfdən təqdim edilib. Pul göndəriləndən sonra çekdəki ünvanın düzgünlüyü təsdiqlənib qarşı tərəflə. “Xalq Bank” məsələnin araşdırılması üçün isə 50 usd istəyir. İndi nə edim, bilmirəm”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.