Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR – MÜRACİƏT

İmişli rayon Bəhrəmtəpə qəsəbəsinin bir qrup sakinləri ölkə başçısından və nazir Muxtar Babayevdən kömək istəyirlər.

Xalqxeber.az KAİM.az-a istinadən xəbər verir ki, bu barədə qəsəbə sakinləri videomüraciət ediblər.

Sakinlərin şikayəti Bəhrəmtəpə qəsəbə bələdiyyəsinin otlaq ərazisini, yararlı torpaqları baha qiymətə satmaqla əhali arasında ciddi narazılıq yaratmışdır. Sakinlərin iddiasına görə bələdiyyə sədri 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbəri ilə əlbir olaraq şəxsi sövdələşmələr həyata keçirmişlər.

Qəsəbənin münbit torpaq sahələri, məhv edilən yaşıllıqlar, yaradılan süni balıq gölləri, bəzi “işbaz” sahibkarlara satılan yerli sakinlərə məxsus otlaq əraziləri qəsəbədə ciddi ekoloji problemlərə səbəb olmaqdadır. Bu səbəbdən də yerli sakinlər haqlı olaraq qəsəbə bələdiyyəsindən və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yarıtmaz fəaliyyətindən ölkə başçısına və Muxtar Babayevə müraciət ünvanlamaq məcburiyyətində qalıblar. Sakinlərin istəyi məmurlar tərəfindən yaradılan süni əngəllərə son qoyularaq haqqlarının bərqərar olunmasıdır.

Ətraflı videomüraciətdə: 



Mənbə