Bildiyiniz kimi BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan edilmisdir

COP 29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi “ən böyük tədbir” dir.
Dekabrın 15-də Azərbaycan hökümətinin üzvləri ilə COP-29 barədə ilk müşavirəni keçirən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, “ehtimallara görə, təqribən 70-80 min xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq.”

Bu gün hər bir Azərbaycanlı bu tədbirin ən yüksək səviyyədə keçirilməsində, ölkəmizin mədəniyyəti, tarixi memarlıq abidələri, təbiəti, mətbəxi, turizm xidmətləri, mədəniyyəti və başqa keyfiyyətləri ilə əcnəbi qonaqların yaddaşında müsbət iz buraxmasında öz töfhəsini verməlidir.
Biz də ekoloji təşkilat olaraq evimizə on minlərlə qonağın gələcəyini nəzərə alaraq
“EVİMİZ TƏMİZ OLSUN!”
layihəsini icra etməyi qarşımıza məqsəd qoyduq.
Layihənin icrasına 15 aprel 2024-cu il tarixindən start verilmişdir.
Ölkənin istənilən yerində natəmizlik, meşə və gəzinti yerlərində, dəniz sahillərində,