“6 aydır ki, gün itiririk…” – ETİRAZ VAR…

” “Azneft” İstehsalat Birliyinə aid Neft Daşlarının 1, 2, 4 və 5-ci mədən işçiləri həlli düyünə düşmüş hesab olunası gəmi problemidən giley edirlər. Dia-az.info nefttçilərin müraciətini təqdim edir:

“Gəmi ilə təmin olunma problem olaraq davam edir. Sabaha – yəni bu günə, normal hava proqnozu verilib. Belə havalarda həmişə növbə dəyişilirdi. İndi yenə qayıtdılar əvvəlki vəziyyətə.

Bütün meydançalara “Rəşid Behbudov” gəmisinin yan alması üçün minmə-düşmə meydançası quraşdırılıb. Ancaq gəmini vermirlər.

Yenə gün itiririk. 6 aydır ki, gün itiririk. Bu da əmək haqqımıza ciddi təsir edir. Bu aya söz vermişdilər ki yoluna qoyyulacaq…”

Dia-az.info bildirir ki, bir başqa neftçi – Əlzamin İsmayllov isə problemini belə ifadə edir:

“Mən həqiqətən də Nərimanov NQÇİ ərzisindəki vəziyyəti görürəm. Burda vəziyyət lap bərbad gündədir. İkinci növbə 2 ildir ki vaxtında işə gedə bilmir. Tək bu il yanvar ayından bura 6 gün gedə bilməmişik. Aprel ayında 16 növə olmalı idi…

Hələ də gedə bilmirik. Hələ çox şey yazmaq olar…”



Mənbə