Bayramov Özbəkistan Prezidenti ilə görüşdü – Fotolar

.Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bu haqda XİN məlumat yayıb.

Nazir regional əməkdaşlığın əhatə dairəsini və iki qardaş xalq arasında ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Ceyhun Bayramov ilk dəfə Körfəz Əməkdaşlıq Şurası-Mərkəzi Asiya Strateji Dialoq Nazirlərinin Toplantısında iştirak etmək üçün xoş dəvətə görə minnətdarlığını bildirib.