Qırmızı dənizin cənubunda, Eritreya sahillərindəki Dahlak arxipelaqında yerləşən İsrailin xaricdəki ən böyük hərbi bazası İranın əsas hədəflərindən birinə çevrilə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrailin Qırmızı dənizin cənub hissəsindən keçən gəmiləri, o cümlədən İrandan gələn neft tankerlərini izləmək üçün istifadə etdiyi Dahlak adalarındakı hərbi-dəniz bazası İran sistemlərinin əhatə dairəsindədir.
Bundan əlavə, İran qüvvələri Eritreyadakı ən yüksək dağ olan Amba Mossino dağında yerləşən kiçik İsrail radar bazasına da hücum edə bilər.