“İran-İsrail münaqişəsi özü ilə başqa gözlənilməz hadisələri də gətirir, ona görə də ayıq-sayıq olmalıyıq”.
Turkustan.az xəbər verir ki, bunu erməni ekspert Nairi Xokikyan deyib.
O bildirib ki, Ermənistan İranla həmsərhəd rayonlarda nəzarəti gücləndirməli, yaşayış məntəqələrində sığınacaqları qaydaya salmalıdır:
“Əgər İsrail və onun müttəfiqləri İrana hücum etsələr, çox güman ki, bomba və raketlər “təsadüfən” ərazimizə düşəcək. Ona görə də vətəndaşlarımız nə etməli olduqlarını bilməlidirlər”.
N.Xokiyan iddia edib ki, guya Azərbaycan, Türkiyə və İngiltərə regional münaqişədən istifadə edərək Zəngəzura qoşun yeridə bilər:
“Belə bir təhlükə var, ona görə də Yerasx, Cermuk, Gorus, Sisian, Qafan, Mehridə qoşunları gücləndirilmiş döyüş hazırlığı vəziyyətində saxlamaq lazımdır”.
Qeyd edək ki, İran-İsrail gərginliyi fonunda əksər erməni politoloq və ekspertləri əsassız təşviş yaradır, sərhəddə eskalasiya olacağını deyirlər.
Rəsmi Bakı yeni müharibədə maraqlı