Ölkənin aparıcı banklarından biri olan “Paşa Bank” ASC “Neon MMMC” MMC (VÖEN – 1600012611) və Caniyev Namiq Rafiq oğlu barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. İddia ilə əlaqədar olaraq 15 aprel 2024-cü il saat 11:20-yə hazırlıq iclası təyin olunub.
İddia kredit müqaviləsi üzrə mübahisələrlə əlaqədar qaldırılıb.
Məlumat üçün bildirək ki, “Paşa Bank” ASC-nin barəsində iddia qaldırdığı “Neon MMMC” MMC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nizami rayonu, Mikayıl Əliyev, ev 17-də yerləşən MMC-nin nizamnamə kapitalı 60 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Valeh Raqib oğludur.
Qeyd edək ki, uzun illər mətbuatda “Neon MMMC”nin qeydiyyatda olduğu hüquqi ünvanda – Nizami rayonu, Mikayıl Əliyev, ev 17-də fəaliyyət göstərən “Neon Palace” şadlıq sarayının 2016-cı ildə Türkiyədə öldürülən “Lənkəranski” ləqəbli məşhur kriminal avtoritet Rövşən Rafiq oğlu Canıyevin ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılıb. “Paşa Bank” ASC-nin barəsində iddia qaldırdığı Namiq Caniyev də mərhum Rövşən Lənkəranskinin qardaşıdır.
Namiq Caniyev uzun illər Bakı Baş Gömrük İdarəsinin “Keşlə” gömrük postunun rəisi vəzifəsində çalışıb. Polkovnik rütbəsi daşıyan Namiq Caniyevi 2017-ci ilin noyabr ayında Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən başqa bir kriminal avtoritet – “Lotu Quli” ləqbli Nadir Səlifova qarşı sui-qəsd hazırlığında ittiham edilərək saxlanılıb.