Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqların mümkünlüyünü istisna etməyib.
Bu barədə o, “Tageszeitung”a müsahibəsində bildirib.
Jurnalistin Putinlə danışıqların mümkünlüyü ilə bağlı sualını cavablandıran O.Şolts qeyd edib: “Bu, vaxtı gələndə baş verəcək”.
Onun sözlərinə görə, bunun baş verməsi üçün Rusiya tərəfindən müəyyən şərtlər yerinə yetirilməlidir:
“Rusiya diktə yolu sülhü əldə etməyin mümkün olmayacağını başa düşsə, Putin hərbi kampaniyanı dayandırmalı, qoşunlarını geri çəkməli olduğunu anlasa, bu baş verəcək”.