” “San Latstsaro del’i Armeni” İtaliyanın şimalındakı Venesiya laqonunda kiçik bir adadır. Venesiyanın cənub-qərbində və Lidonun dərhal qərbində yerləşir. Orta əsrlərdə adada cüzamlıların koloniyası var idi və 1717-ci ildən burada San Lazaro erməni katolik monastırı yerləşib”.
Moderator.az xəbər verir ki, bu haqda “@tsehakron” erməni telegram-kanalı məlumat yayıb.
“Bu, Mxitarist Ordeninin qərargahıdır və buna görə də dünyanın ən görkəmli erməni mədəniyyəti və ermənişünaslıq mərkəzlərindən biridir. 1789-cu ildən 20-ci əsrin əvvəllərinə qədər erməni çapının əsas mərkəzi olmuşdur.
Ada erməni diasporunun ən məşhur tarixi yerlərindən biridir. Monastırda kitablar, jurnallar, artefaktlar və üçüncü ən böyük erməni əlyazmaları kolleksiyası var”- məlumatda belə deyilir.
Xatırladaq ki, bu yaxınlarda Azərbaycan mediasında yayılmış məlumatlara görə, 1949-cu ildə Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı Kür çayının sol sahilində aşkarlanmış təxminən 3 minillik tarixə malik türk döyüş tipli qılınclara bənzər qılınclardan biri ermənilər tərəfindən hələ XIX əsrdə oğurlanaraq Venesiyadakı bəhs edilən adaya aparılıb…