APA xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
“ABŞ İranın İsrailə hücum edəcəyini gözləyir, lakin münaqişənin miqyası Vaşinqtonu prosesə cəlb edəcək qədər böyük olmayacaq”, – agentlik qeyd edir.
Günün əvvəlində İsrailin müdafiə naziri Yoav Qalant Pentaqon rəhbəri Lloyd Ostin ilə telefon danışığında İranın İsrailə birbaşa hücumunun “müvafiq zərbə” ilə nəticələnəcəyini bildirib.