Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev verilişlərin birində deyib. Sənətçi hazırda səsi olmayanların məşhur olduğunu bildirib:
“Yalan ayaq tutar, amma yeriməz!”. Təsəvvürünüzə gətirin ki, səsi olmayanlar dəbdədir. “Do”, “sol” səsi olanlar çox məşhurdurlar, buna musiqi dilində kvinta deyirlər. Amma gözəl muğam oxuyan uşaqlarımız var. Qarğanın, bülbülün də səsi var. Hamısıah insana da səs verib, amma bu o demək deyil ki, hamı oxumalıdır. Bizdə isə səsi olan da, olmayan da oxuyur. Bir axara düşüb gedirlər”.