Ermənistandakı Rusiya hərbi bazası Qarabağa köçürülür? – ŞOK İDDİA

Ermənistan XİN rəhbərinin MDB iclasında iştirakdan imtina etməsinə gəlincə, bu, İrəvan rəhbərliyinin ilk demarşı deyil. İrəvanın davranışı eyni anda iki stulda oturmaq istəyini ortaya qoyur. Bu isə yumşaq desək, son dərəcə çirkin görünür və üstəlik, belə bir məqamda nəyisə, məsələn, şalvarı cırmaq olar.

Axar.az xəbər verir ki, bunu rusiyalı ekspert Aleksey Martınov deyib.

“Mİ-6-nın rəhbəri Riçard Mur tez-tez İrəvana gedir, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns də orada olur. Bütün bunlar Ermənistan tərəfindən təxribat xarakterlidir. Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı proqnozdan danışsaq, o zaman Moskva, əlbəttə ki, heç bir kəskin addım atmayacaq. Çünki Rusiya ümumiyyətlə, emosional düşüncələrə meylli deyil, baxmayaraq ki, Paşinyanın yeni Qərb dostları tərəfindən fəal şəkildə təhrik olunur.

Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğuna gəlincə isə xatırlatmaq istərdim ki, Ermənistan ərazisində Gümrüdə Rusiya hərbi bazası var və bu, təkcə Rusiyanın mövcudluğunu deyil, həm də bütün regionun təhlükəsizliyini təmin edir. Baxmayaraq ki, Ermənistan Azərbaycanla münaqişə vəziyyətindədir və hələ də sülh müqaviləsi imzalanmayıb, əminəm ki, Rusiya regionda öz hərbi mövcudluğunu qoruyacaq.

Baza məsələsi yenidən gündəmə gəlsə, o zaman çox güman ki, Rusiya bazası Qarabağ ərazisinə keçəcək.

Rusiya istənilən digər münaqişədə olduğu kimi bu münaqişədə də heç kimin tərəfini tutmur, lakin Kreml regionda olmasını tələb edən geostrateji maraqlarını müdafiə edir və bu, təmin olunacaq”, – o bildirib.