Şəhid Ülvi Bağırov dəfn edildi – YENİLƏNİB + FOTO/VİDEO

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan, ötən gün vəfat edən Azərbaycan Ordusunun zabiti, leytenant Ülvi Hənifə oğlu Bağırov dəfn olunub.

“Report”un Aran bürosunun məlumatına görə,, zabit anadan olduğu Salyan şəhərində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Milli Məclis üzvləri, Salyan rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yaylım atəşi açılıb. Cənazəyə bükülən Dövlət bayrağı şəhidin atasına təqdim olunub.

11:04

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Ülvi Hənifə oğlu Bağırov dünən müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Bizim.media xəbər verir ki, hazırda şəhid Ülvi Bağırovun yaşadığı evdə (Salyan şəhəri, Axundov küçəsi) vida mərasimi keçirilir. 

Onun saat 11:00-da Salyan şəhər Şəhidlər xiyabanında dəfn ediləcəyi bildirilir.

Mənbə