Ukraynanın aktivlərin axtarışı və idarə edilməsi agentliyi (AAİA) ölkədə fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması – Həyat naminə” partiyasının keçmiş lideri, “Başqa Ukrayna” hərəkatının idarə heyətinin sədri Viktor Medvedçuka məxsus “Maybach” markalı avtomobili və kolleksiya etdiyi qol saatları satışa çıxaracaq.
Bu barədə agentliyin rəsmi saytında məlumat verilib.
“Müsadirə edilmiş aktivlərin satışında iştirak edən hüquqi şəxslərin müsabiqə yolu ilə seçilməsi üzrə komissiyanın iclasında AAİA Medvedçukun əmlakını: bahalı “Maybach” avtomobili və 20 kolleksiya qol saatını satmaq qərarına gəlib”, – məlumatda bildirilir.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı