Azərbaycanda universitet bağlanır? – İddialara CAVAB + FOTO

Azərbaycan Kooperasiya Universitetinin bağlanması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

AzEdu.az universitetin Mətbuat Xidməti ilə əlaqə saxlayıb.

Universitetdən bildirilib ki, məlumat həqiqəti əks etdirmir:

“Paylaşım əvvəlcə “Telegram”, daha sonra isə “TikTok” sosial şəbəkəsində paylaşılıb. Bəyənmə və rəy toplamaq məqsədi ilə tələbələrdən biri tərəfindən hazırlanıb. Bununla bağlı universitet kollektivinə hansısa bir xəbərdarlıq edilməyib. Yoxlama aparılmayıb. Paylaşılan məlumatın heç bir rəsmi əsası yoxdur”.

Paylaşımı təqdim edirik:

Mənbə