Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib.
Məlumata görə, səhər saat 10:48-də yerin 13,9 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Malatyanın Doğanşehir rayonu olub və ətraf ərazilərdə də hiss olunub.
Dağıntılar və tələfat barədə hələlik bir məlumat verilməyib.
Mənbə: DHA