“Crocus City Hall”da terror törədənlərə maşın satan şəxs şikayət verdi – FOTO

“Crocus City Hall”da terror aktı ilə bağlı həbs edilən İslamovlar ailəsinin üçüncü üzvü Dilovar İslomov həbsindən apellyasiya şikayəti verib.

Bu barədə Dilovar İslomov haqqında həbs-qətimkan tədbirinin seçildiyi Moskvanın Basmannı məhkəməsindən məlumat verilib.

“Məhkəməyə Dilovar İslomovun müdafiəsi ilə bağlı apellyasiya şikayəti daxil olub. Şikayətə daha sonra Moskva Şəhər Məhkəməsində baxılacaq”, – deyə məhkəmədən bildirilib. 

Apellyasiya məhkəməsinin vaxtı hələ müəyyən edilməyib.

Xatırladaq ki, Dilovar İslomov sahibi olduğu “Renault” markalı avtomobili terror aktını törədənlərə satıb. Daha əvvəl hadisə ilə bağlı həbs edilən Dilovarın atası İsroil İslomov və qardaşı Aminçon İslomov da həbslərindən apellyasiya şikayəti veriblər.  

Mənbə: TASS

Mənbə