Nazarbayevin fiquru Qazaxıstanın Hərb Tarixi Muzeyindən götürülüb – FOTO

Qazaxıstanın ilk prezidenti olmuş Nursultan Nazarbayevin mumdan hazırlanmış fiquru Qazaxıstan Silahlı Qüvvələrinin Dövlət Hərbi Tarixi Muzeyinin sərgilədiyi eksponatlar siyahısından çıxarılıb. 

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, əvvəllər ilk prezidentin mumdan düzəldilmiş fiquru muzeyin salonlarından birində, masanın arxasında yerləşirdi.

Bildirilib ki, hazırda həmin yerdə sovet və qazax hərbi xadimi, Qazaxıstanın ilk müdafiə naziri, Sovet İttifaqı Qəhrəmanı Saqadat Nurmaqambetovun mum fiquru yer alır.

Mənbə: Tengrinews

Mənbə