Finlandiyada məktəbə silahlı hücum: Ölən və yaralananlar var – YENİLƏNİB + FOTO

Finlandiyanın cənubundakı Vantaa şəhərində orta məktəbdə atışma nəticəsində altıncı sinif şagirdi ölüb.

Bu barədə yerli polis idarəsindən məlumat verilib.

Polis daha iki şagirdin ağır yaralandığını bildirib.

Hücum edən şəxsin və digər hadisə iştirakçılarının yeniyetmə olduğu, onların 12 yaşı olduğu ortaya çıxıb.

Hadisənin digər təfərrüatı və hücumun motivləri hələlik məlum deyil.

Qeyd edək ki, həmin məktəbdə 800-ə yaxın şagird təhsil alır və 90-a yaxın müəllim işləyir.

Mənbə: interfax.ru

13:04

Səhər saatlarında Finlandiyanın Vantaa şəhərində məktəbdə atışma baş verib.

Bu barədə yerli polis departamenti məlumat yayıb bildirib.

Polis əməkdaşlarının verdikləri məlumata görə, hadisə nəticəsində üç azyaşlı xəsarət alıb.

Qeyd olunur ki, azyaşlı olduğu bildirilən şübhəli şəxs həbs edilib. Araşdırma davam edir.

Mənbə: Sky News

Mənbə