Dağıstanda miqrantların saxlanması “zibil problemi”nə yol açdı: Rəsmi qurum əməkdaşları işə qarışdılar – FOTO

Dağıstanın paytaxtı Mahaçqalada miqrantların kütləvi yoxlanılması fonunda “zibil kollapsı” başlayıb.

Mahaçqala sakinləri son günlər məişət tullantılarının daşınmasında yaranan problemlərdən şikayət etməyə başlayıblar.

Səlahiyyətlilərin rəsmi açıqlamalarına görə, regional operator zibilin toplanması ilə bağlı texniki səbəblərdən çətinliklərlə üzləşib. Eyni zamanda meriyadakı mənbələr etiraf edirlər ki, “Crocus City Hall”da baş verən terror aktından sonra xarici miqrantların kütləvi şəkildə yoxlanılması vəziyyətin kəskinləşməsinə gətirib çıxarıb.

Şəhər administrasiyası öz “Telegram” kanalında həqiqətən də şəhərdə sanitar vəziyyətin pisləşdiyini bildirib, lakin bunu texniki səbəblərlə izah edib və bütün mümkün tədbirlərin görüldüyünü deyib.

KİV-də verilən məlumata görə, zibilin yığışdırılması işlərinə şəhər administrasiyasının və onun tabeliyindəki qurumların kişi əməkdaşları cəlb ediliblər.

Mənbə: MK.ru

Mənbə