Kəmaləddin Heydərov yeni təyinatlara imza atdı – FOTO

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində kadr dəyişikliyi olub.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Əsmər Ələsgər qızı Salamova mərkəzin rəis müavini vəzifəsindən azad edilərək rəisin birinci müavini təyin edilib.

Nazirin digər əmri ilə polkovnik-leytenant Vüqar Nadirəli oğlu Əsgərov Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini təyin olunub.

Qeyd edək ki, bu ilin fevral ayında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini vəzifəsinə təyin olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi vəzifəsinə isə Adil Abdullayevin birinci müavini polkovnik Zaur Kərimov gətirilib.

Mənbə