DNT analizi qədim Çin imperatorunun üz cizgilərini bərpa etməyə kömək etdi – FOTO

Alimlər DNT məlumatlarından və kəllə modelləşdirməsindən istifadə edərək Şimali Çjou sülaləsindən olan qədim Çin imperatoru Vunun (560-578) görünüşünü bərpa ediblər.

Tədqiqatın nəticələri “Current Biology” jurnalında dərc olunub.

1996-cı ildə arxeoloqlar Çinin şimal-qərbində İmperator Vunun parçalanmamış kəllə sümüyünü aşkar edilər. Yeni DNT analizi üsulları görünüş və sağlamlıqla əlaqəli bir çox genin ardıcıllığını bərpa etməyə kömək edib. İmperatorun gözlərinin qəhvəyi, saçlarının isə qara olduğu ortaya çıxıb. Onun kifayət qədər tünd dərisi və müasir Şimali və Şərqi Asiyalılara xas üz cizgiləri olub.

O, 36 yaşına qədər yaşayıb. Bəzi arxeoloqlar onun zəhərləndiyinə inanırdılar, digərləri isə onun erkən ölümünün səbəbinin xəstəlik olduğunu iddia edirdilər. Yeni araşdırma onun insult riskinin yüksək olduğunu göstərdi. Kəşf imperatorun insultun tipik əlamətləri olan nitq, yeriş və üz asimmetriyası ilə bağlı problemlərinin ortaya çıxdığını göstərən tarixi qeydlərə uyğun gəlir.

Alimlər min illər boyu bir çox Çin imperiyalarının paytaxtı olan qədim Çanqanda yaşayan insanların DNT-sini təhlil etməyi planlaşdırırlar. Bu, qədim Çində insanların necə köç etdikləri və mədəniyyətlər mübadiləsi haqqında daha çox məlumat əldə etməyə imkan verəcək.

Mənbə: gazeta.ru

Mənbə