Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya prezidenti Vladimir Putinə bildirib ki, “Crocus”da baş verən terror aktı diqqətlə planlaşdırılıb, bütün təqsirləndirilən şəxslər dindirilərkən öz günahlarını etiraf ediblər.
Dunyaxeber.org/az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslər sifarişçilər və onun hazırlanmasında köməklik edən şəxslər barədə ətraflı ifadə verib.
“Terrorçular saxlanılan zaman iki AK-74, 500-dən çox patron, 28 jurnal və benzin qalıqları olan şüşələr tapıblar – bunlardan konsert zalını yandırmaq üçün istifadə edilib.
Hücum nəticəsində üçü uşaq olmaqla 139 nəfər həlak olub. İki nəfər xəstəxanada dünyasını dəyişib. Artıq 75 nəfərin şəxsiyyəti müəyyən edilib”, – Bastrıkin qeyd edib.
Onun sözlərinə görə, ölənlərin ümumi sayından 40 nəfər güllə yarasından, 45 nəfər isə yanğından dünyasını dəyişib.(publika.az)