Life Academy və Təhsil Forumu Platformasının birgə təşkilatçılığı ilə Xarici dil müəllimlərinin həmrəylik forumu keçirildi

Life Academy Təhsil Mərkəzi və Təhsil Forumu Sosial Platformasının birgə təşkilatçılığı ilə 17.03.2024-cü il tarixində Pullman hoteldə Xarici dil müəllimlərinin həmrəylik forumu keçirilmişdir. Forum Şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdikdən sonra oxunan dövlət himnimizlə başlamışdır. Təhsil Forumu Sosial Platformasının sədr müavini Kəmalə İmanlı və Life Academy Təhsil Mərkəzinin tədris işləri üzrə şöbə müdiri Hilal Məmmədov tədbir iştirakçılarını və qonaqları salamlayıb. Daha sonra Filologiya üzrə fəlsəfə foktoru, Destec group idarə heyətinin sədri, ADNSU rektor müşaviri, Biznes məsləhətçi/mentor Sakit Səmədov “Xarici dillərin biznesdə rolu” mövzusunda, Fəlsəfə Doktoru Namizədi, Bakı Modern Beynəlxalq Məktəb-də direktor vəzifəsində çalışan Sevinc Seyidova “Xarici dillərin məktəb həyatında rolu” mövzusunda, Twinning Plus layihəsinin Azərbaycan üzrə səfiri, Microsoft Certified Educator, Microsoft eksperti, Beynəlxalq dərəcəli Təlimçi,16 Avropa Keyfiyyət Nişanı sahibi Ofeliya Qafarova “İngilis dilinin tədrisində layihə əsaslı öyrənmənin rolu” mövzusunda,Filologiya üzrə fəlsəfə doktoru,Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı Departamentinin müdiri Milana Abbasova “Xarici dillərin multikultural cəmiyyətdə rolu” mövzusunda,ITTI Baku Sahil Filialında baş müəllim Fatimə Əliyeva “Dilin tədrisində yaradıcılığın və müasir texnologiyanın əhəmiyyəti” mövzusunda çıxış edərək auditoriyanı məlumatlandırmışlar.

Tədbirdə müəllimlər, dilşünanslar, beynəlxalq məktəb, universitet, həmçinin digər şirkət, təşkilat rəhbərlik və nümayəndələri iştirak etmişdir. Tədbir proqramında yer alan xarici musiqilər və rəqslərlə forumu daha maraqlı keçib.

Saytımıza müsahibə verən “Life Academy” təhsil mərkəzinin tədris işləri üzrə şöbə müdiri Hilal Məmmədov  qeyd etmişdir ki, may ayının 12-də Təhsil Forumu Sosial Platforması və Life Academy Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Təhsil Forumu 2024 keçiriləcək. Bu forumda Finlandiya, Çin, Sinqapur kimi ölkələrdən təhsil işçiləri gələcək və təhsilin bir çox sahələrində maraqlı fikir mübadilələri aparılacaq.

Life Academy və Təhsil Forumu Platformasının birgə təşkilatçılığı ilə Xarici dil müəllimlərinin həmrəylik forumu keçirilib - FOTO