Bakıda qəza olub: Yolda tıxac yaranıb – YENİLƏNİB + FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Alı Mustafayev küçəsində körpünün üzərində qeydə alınıb.

İdarəetməni itirən “Hyundai” markalı minik avtomobilinin sürücüsü maşını beton maneyə vuraraq aşırıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü Gülnar Eldar qızı Hüseynova xəsarət alıb.

Yaralı əraziyə cəlb edilmiş təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Qəzanın təfərrüatı araşdırılır.

00:08

Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən metronun “Koroğlu” və “20 Yanvar” stansiyaları istiqamətində sıxlıq yaranıb.

Mənbə