Fransanın birinci xanımı sevimli brendi “Louis Vuitton”un dizayneri ilə fotosessiyaya razılaşıb.
Bricit Makron demək olar ki, bütün ictimai tədbirlərdə bu brendin geyimlərinə üstünlük verir.
Fransa prezidentinin həyat yoldaşı “Louis Vuitton”un dizayneri Nikolas Jeskyerlə birlikdə şəkil çəkdirib və Fransanın “Madam Figaro” jurnalının üz qabığında yer alıb. Həmin foto “Instagram” sosial şəbəkəsindəki rəsmi media hesabında yerləşdirilib.
“2017-ci ildən bəri birinci xanımla “Louis Vuitton”un bədii rəhbəri arasında yaxın münasibət qurulub”, – deyə jurnalın redaksiyası sosial şəbəkədə paylaşılan fotonun altında yazıb.
Mənbə: focus.ua