Rusiyada səkkizinci mərtəbədən yıxılan qadın sağ qaldı – ANBAAN VİDEO

Rusiyanın paytaxtı Moskvada 52 yaşlı qadın səkkizinci mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalıb.

Bu barədə Rusiya Milli Qvardiyasının mətbuat xidmətindən məlumat verilib.

Həmçinin hadisənin videogörüntüləri Rusiya Milli Qvardiyasının “Telegram” kanalında yayımlanıb.

Görüntülərdə qadın yüksək mərtəbədən yıxılmasına baxmayaraq, özü ayağa qalxıb, müstəqil şəkildə hərəkət edib və danışıb. O, hadisənin təsadüfən baş verdiyini bildirib. Qadına ilk tibbi yardımı yaxınlıqda olan Rusiya Milli Qvardiyasının əməkdaşları göstəriblər. Daha sonra qadın təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə aparılıb. Ona bud sümüyünün sınığı diaqnozu qoyulub. Həmçinin beyin silkələnməsindən də şübhə edilir.

Qeyd edilib ki, qadının yıxıldığı yerdə qarın yığılması onun az zədə almasına səbəb olub.

 

Mənbə