İstanbul və Kahramanmaraşda zəlzələ baş verib – FOTO

Türkiyənin İstanbul və Kahramanmaraş şəhərlərində zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 9,71 kilometr olub. Başda İstanbul olmaqla ətraf vilayətlərdə də hiss olunan zəlzələ qısamüddətli çaxnaşma yaradıb.

Kahramanmaraş şəhərində baş verən zəlzələ dörd bal gücündə olub.

Məlumata görə, 5,13 kilometr dərinlikdə qeydə alınan zəlzələnin episentri Kahramanmaraşın Dulkadiroğlu rayonunda olub.

Mənbə