Əvvəl birinə həsrət idik, indi qoşalaşıblar: Bülbül prospektində niyə iki velosiped zolağı çəkilib? – FOTO

Paytaxtın Bülbül prospektində paralel velosiped zolaqlarının salınması diqqət çəkib.

Dunyaxeber.org xəbər verir ki, bununla bağlı tanınmış memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, Bülbül prospektində velosiped zolağının biri səkidə, digəri isə ona paralel olaraq, bir neçə metr aralıda, yolun avtomobillər üçün nəzərdə tutulan hissəsində çəkilib. Memar bunun hansı məntiqlə edildiyini anlamadığını vurğulayıb.

​Hazırda mövcud olan bu zolaqların hansının qüvvədə olması, hərəkətin intensiv olduğu ərazidə yeni zolağın çəkilmə səbəbi və əvvəlki zolağın yenidən səkinin “balansı”na qaytarılıb-qaytarılmayacağı ilə bağlı aidiyyəti qurumlara sorğu göndərsək də, hələlik bir cavab verən yoxdur.

Əzizə İsmayılova