Abşeronda yanacaqdoldurma məntəqəsi ərazisində qəza: Dizel ətrafa dağıldı – FOTO/VİDEO

Abşeron rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində qoşqusunda tutumu 37 ton dizel yanacağı olan MAN markalı yanacaqdaşıyan avtomobil ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində qəza hadisəsinin baş verdiyi və yanacaqdaşıyan yük avtomobilinin çəninin zədələnərək dizel yanacağının ətrafa dağıldığı, məntəqə üçün ciddi təhlükənin yarandığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlərlə ərazidə mümkün yanğın-partlayış təhlükəsi aradan qaldırılıb.

https://www.youtube.com/watch?v=NDmfWHktxFA

Mənbə